Uşaq inkişafı

Uşaqlarda nitq inkişafı: aylar üzrə mərhələlər

Aşağıdakı cədvəl uşağın nitq inkişafında əsas mərhələləri və onların gözlənilən vaxtını göstərir.

Nitq inkişafı cədvəli

Nitq bacarığıYaş
Səs çıxarma, səsli gülmə6-cı ay
Hecalama10-cu ay
Nəyisə və ya kimisə göstərmək12-ci ay
3 söz işlətmək16-cı ay
2 sözlü cümlə qurmaq24-cü ay
3 sözlü cümlə qurmaq36-cı ay
Yad insanların uşağın danışığının yarıdan çoxunu başa düşməsi42-ci ay
Bildiyi bir hekayəni danışmaq54-cü ay
Tamamilə anlaşılan şəkildə danışmaq60-cı ay

Uşaq bu mərhələlərə uyğun gəlmirsə, nə etməli?

Uşağınızın nitqi göstərilən inkişaf mərhələsinə uyğun gəlmirsə, mütləq pediatra müraciət edin. Həkim uşağın ümumi inkişafını qiymətləndirəcək və zərurət olduqda Denver II kimi inkişaf testi tövsiyə edəcək.

Uşağınızın sağlamlığı ilə bağlı sualınız var?

Dr. Günay Hacızadə Sağlam Ailə Tibb Mərkəzinin Nərimanov filialında qəbul edir.

Qəbula yazılın