Uşaq inkişafı

Denver II inkişaf testi nədir və kimlər üçün lazımdır?

Uşaq inkişafı həm psixi, həm də somatik sağlamlığı əks etdirən vacib göstəricidir. Kiçik yaşlı uşaqlarda inkişaf geriliyini adi fiziki müayinə zamanı aşkar etmək çox çətindir. Gerilik çox vaxt uşaq yeriməyəndə, danışmayanda və ya təhsildə çətinlik çəkəndə diqqəti cəlb edir. Buna görə inkişafın xüsusi testlərlə vaxtında qiymətləndirilməsi önəmlidir.

Denver II testi nədir?

Denver II 0–6 yaşlı uşaqlara tətbiq olunan inkişaf skrininq testidir. O, inkişafı müntəzəm izləmək və inkişafla bağlı riskləri erkən aşkar etmək üçün istifadə olunur. Uşaqlarda fiziki inkişaf aylar üzrə qiymətləndirildiyi kimi, psixomotor inkişaf da yaşa və aya uyğun qiymətləndirilməlidir.

Test hansı sahələri qiymətləndirir?

  • Sosial adaptasiya
  • İncə motor funksiyası
  • Dil inkişafı
  • Kobud (böyük) motor funksiyası

Test necə keçir?

Test uşaq üçün oyun kimidir. Ona top atmaq, kublardan qüllə düzəltmək, adını demək, şəkilə baxıb tanımaq, “bay-bay” demək, əl çalmaq, xırda əşyaları barmaqları ilə tutmaq kimi sadə tapşırıqlar verilir.

Nəticə uşağın yaşıdları ilə eyni tempdə inkişaf edib-etmədiyini göstərir. Uşaq bir az geridə qalırsa, bunu vaxtında bilmək ona erkən dəstək olmaq üçün imkan yaradır.

Kimlərə tövsiyə olunur?

Körpənin inkişafında gecikmə müşahidə olunursa, inkişaf testi mütləq tövsiyə olunur. Dr. Günay Hacızadənin qəbulunda psixomotor inkişafın qiymətləndirilməsi 0–6 yaşlı uşaqlar, həmçinin vaxtından əvvəl doğulmuş, uzun müddət reanimasiya və intensiv terapiya şöbəsində müalicə almış və metabolik xəstəliyi olan körpələr üçün aparılır.

Bayley-III şkalası nədir?

Bayley-III (Bayley Scales of Infant and Toddler Development) 1–42 aylıq uşaqlarda psixomotor inkişafı qiymətləndirən şkaladır. O, koqnitiv, dil, incə və böyük motor, sosial-adaptiv davranış sahələrini əhatə edir. Şkala vaxtından əvvəl doğulmuş və inkişaf geriliyi riski olan uşaqların aşkarlanması üçün erkən müdaxilə proqramlarında geniş istifadə olunur.

Uşağınızın sağlamlığı ilə bağlı sualınız var?

Dr. Günay Hacızadə Sağlam Ailə Tibb Mərkəzinin Nərimanov filialında qəbul edir.

Qəbula yazılın