Uşaq inkişafı

Uşaqlarda ekran vaxtı: balanslı yanaşma

Ekran nə xeyirxahdır, nə də düşmən — onu necə və nə qədər istifadə etdiyimiz hər şeyi dəyişir. Uşaqlar texnologiya ilə böyüyür və bu, qaçılmazdır. Amma məsuliyyət biz böyüklərin üzərindədir.

Valideyn nələrə diqqət etməlidir?

  • Uşaq nə izləyir?
  • Nə qədər izləyir?
  • Ən əsası: ekran onun həyatında nəyin yerini tutur?

Real ünsiyyət ekranı, oyun hərəkətsizliyi, kitab isə təsadüfi videoları əvəz etməlidir. Balanslı yanaşma sağlam inkişaf deməkdir.

ÜST yaşa görə hansı ekran vaxtını tövsiyə edir?

Ümumdünya Səhiyyə Təşkilatının 2019-cu il tövsiyələrinə görə:

YaşHərəkətsiz ekran vaxtı
2 yaşa qədərTövsiyə olunmur
2–4 yaşGündə 1 saatdan çox olmamalıdır; nə qədər az olsa, o qədər yaxşıdır

Evdə oyuncaq çoxdur, amma uşaq oynamır — niyə?

Problem çox vaxt oyuncaqlarda deyil, yanaşmadadır:

  • Seçim həddən artıq çox olanda uşaq qərarsız qalır.
  • Oyuncaqlar tez-tez dəyişəndə dəyərini itirir.
  • Valideyn oyunda iştirak etmədikdə maraq azalır.
  • Ekranlar oyuncaqlardan daha “cazibədar” görünür.

Uşaqlar oyuncaqla yox, valideynin diqqəti ilə oynamaq istəyir. Bəzən bir sadə oyuncaq və 10 dəqiqəlik birgə oyun yüz oyuncaqdan daha dəyərlidir.

Uşağınızın sağlamlığı ilə bağlı sualınız var?

Dr. Günay Hacızadə Sağlam Ailə Tibb Mərkəzinin Nərimanov filialında qəbul edir.

Qəbula yazılın