Bağçaya yeni başlayan uşağın tez-tez xəstələnməsi valideynləri narahat edir. Çox vaxt bu, uşağın yeni mühitə alışma prosesinin təbii bir hissəsidir.
Bu, normaldırmı?
Bəli, çox vaxt bu, normal prosesdir. Uşaq bağçada yeni mühitə düşür və müxtəlif viruslarla qarşılaşır. Bu da immun sisteminin formalaşmasına kömək edir. Yəni uşaq zəiflədiyi üçün deyil, əksinə, immun sistemi gücləndiyi üçün xəstələnir. Bu mərhələ keçicidir: bir müddət sonra uşaq daha az xəstələnəcək.
Uşağı hər xəstələnəndə bağçadan çıxarmaq lazımdır?
Uşağı hər xəstələnəndə bağçadan çıxarmaq düzgün yanaşma deyil — bu, adaptasiya prosesini uzadır.
Nə etmək lazımdır?
- Balanslı qidalanma;
- düzgün yuxu rejimi;
- gigiyena qaydalarına riayət;
- həkim nəzarəti.
Uşaq bağçaya getmək istəmirsə
İlk günlərdə ağlamaq, valideynə yapışmaq, getmək istəməmək adaptasiyanın bir hissəsidir. Bu, “naz” və ya ərköyünlük deyil, uşağın valideynə güclü bağlılığının əlamətidir. Uşaq üçün bağça yeni insanlar, yeni qaydalar və yeni mühit deməkdir.
Ən vacibi sabitlik, səbr və sevgidir: valideyn sakit və güvənli davrandıqca uşaq da zamanla özünü təhlükəsiz hiss edəcək.
Adi xəstələnmə, yoxsa immun çatışmazlığı?
Uşaqların tez-tez xəstələnməsinin arxasında bir çox amil dayanır. Əsas fərq immun sisteminin zəifliyi ilə immun çatışmazlığı arasındadır. Aşağıdakı hallarda uşaq mütləq həkim tərəfindən qiymətləndirilməlidir:
- il ərzində 4 dəfədən çox qulaq iltihabı;
- il ərzində 2 dəfədən çox sinusit;
- 2 aydan uzun antibiotik istifadəsi;
- ildə 2 dəfədən çox pnevmoniya;
- inkişaf geriliyi;
- dəridə və orqanlarda təkrarlanan abseslər;
- ağız boşluğunda və dəridə təkrarlanan göbələk infeksiyası;
- xəstəlik zamanı venadaxili müalicəyə ehtiyac yaranması.
Uşağınızın sağlamlığı ilə bağlı sualınız var?
Dr. Günay Hacızadə Sağlam Ailə Tibb Mərkəzinin Nərimanov filialında qəbul edir.